“Kəsdiyiniz çörəyə hörmət edin - Bizim futbolçulara digər klubardan gizli təkliflər gəlir”

6 İyun 23:40 Region Liqası 887
“Kəsdiyiniz çörəyə hörmət edin - Bizim futbolçulara digər klubardan gizli təkliflər gəlir”

“Bu gün bizim futbolçulara digər klubardan gizli təkliflər gəlir”.

Bu sözlər Region Liqasında mübarizə aparan «Ağstafa Gəncləri»nin baş məşqçisi Şahin Kərimova məxsusdur.

Mövsümü bürünc medalçı kimi bitirən qərb komandasının çalışdırıcısı şikayətlənib. O, futbolçularını “yoldan çıxarmağa” çalışanların olduğunu bildirib.

Sitat: «Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində quran adam və klub heç vaxt inkişaf etməyəcək. Ona heç uğurlar da arzulamayacam.

Bizim klubu maddiyatsız görüb, özlərinin daha çox maddiyatla nəticə verməməsi çoxlarını məyus edir. Biz kimlərinsə futbolçusuna heç vaxt təklif etmərik ki, gəl, bizdə oyna.

Kimlər getsə belə, biz öz yolumuzdayık və gələcəkdə yenə də döyüşkən bir aslanlar qurub, oyunumuzla zövq alacağıq.

Kimlər gəldi, kimlər getdi, bizim ücün heç bir fərqi yoxdur. Ağstafa elə bir futbol məkanı deyil ki, oradan kimlərsə getsə, futbol sönəcək.

Əksinə, bu, bizə ələvə bir motivasiya verir. Amma bizə «qəlb dostu» deyənlərə dediyimiz söz o olacaq ki, əl altından iş görməyin.

Kimlərsə ayaqqabımızı geyinib bizim kimi addım ata bilməz. Hər kəs kəsdiyi çörəyə hörmət etməlidir».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti