AFFA susur, klublar narahatdır - Nə vaxta kimi?

6 İyun 19:00 Azərbaycan Futbolu 584
AFFA susur, klublar narahatdır - Nə vaxta kimi?

Əvəzedici Liqa ilə bağlı qərarın gecikməsi Premyer Liqa klublarında ciddi narahatlıq doğurur.

AFFA yeni mövsümdən adıçəkilən liqanı ləğv etmək barədə qərara hazırlaşır.

Həftələr öncədən federasiyanın belə bir planı olması barədə məlumat vermişdik.

Amma mövsümün bitməsindən iki həftə ötsə də səssizlik davam edir.

Belədə klublar tərəddüd içindədir.

İkinci komandada çıxış edən futbolçular və məşqçilər korpusu ilə bağlı addım atmaqda çətinlik yaşanır.

Hər komandada futbolçu,məşqçi və digər işçilərin sayını minimum 30 nəfərdən hesablasaq ən azı 300 şəxsin taleyindən söhbət getdiyi ortaya çıxır.

Müqaviləsi bitənlər, digər aşağı liqa klublarından təklif alanlar nə edəcəyini bilmir.

Müqaviləsi qüvvədə olanların aqibəti necə olacaq o da bilinmir.

"Şamaxı" kimi dövlət dotasiyasının ümidinə qalan klub hələ də bilmir ki, əvəzedici komanda üçün büdcə ayrılacaq, yoxsa yox.

Təəssüf ki, bu qədər həssas məqamda futbolumuza cavabdeh qurum susmağı seçir.

Nə vaxta kimi?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi