Avropanın məşhur klubu sabiq futbolçusunu baş məşqçi postuna gətirdi - FOTO

6 İyun 2025 15:20 İtaliya 817
Avropanın məşhur klubu sabiq futbolçusunu baş məşqçi postuna gətirdi - FOTO

Simone İnzaqi ilə yollarını ayıran “İnter”in yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, klub hazırda “Parma”da çalışan Kristian Kivu ilə anlaşıb.

Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.

Kristian Kivu futbolçu karyerası dövründə 7 il “İnter”də çıxış edib.

44 yaşlı mütəxəssis karyerasını başa vurduqdan sonra Milan təmsilçisinin akademiyasında məşqçi kimi də çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti