"Bu gün mənə bənzər bir neçə oyunçu var" - ADLARINI AÇIQLADI

10:20 Dünya futbolu 222
"Bu gün mənə bənzər bir neçə oyunçu var" -  ADLARINI AÇIQLADI

İtaliya millisinin və “Yuventus”un sabiq yarımmüdafiəçisi Andrea Pirlo hazırda oyun tərzinə görə ona bənzəyən futbolçular barədə fikirlərini bölüşüb.

Sportinfo.az “MightyTips”-ə istinadən xəbər verir ki, o, ilk olaraq “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu qeyd edib:

“Mənim rolum dərinlikdən oyun quran pleymeyker kimi müəyyən olunmuşdu. Bu gün mənə bənzər bir neçə oyunçu var.

De Yonq oyunu arxadan idarə etmək baxımından çox bənzər keyfiyyətlərə malikdir. Onun dəqiq ötürmələri və meydanı görməsi bunu sübut edir”.

Pirlo həmçinin, “İnter”də çıxış edən türkiyəli futbolçu Hakan Çalhanoğlunu da yüksək qiymətləndirib:

“O, texniki bacarıqları və oyun anlayışı ilə məni heyran edir”.

Pirlo üçün maraqlı nümunələrdən biri də “Latsio”nun gənc oyunçusu Nikolo Rovelladır:

“O, fərqli oynasa da, oyun zəkası ilə seçilir və diqqətə layiqdir”.

Digər Xəbərlər
Xəbər Lenti