Sərfəli təklif gəlməsə, karyerasını bitirəcək - Millimizin legioneri

7 İyun 2025 00:40 Bizimkilər 900
Sərfəli təklif gəlməsə, karyerasını bitirəcək - Millimizin legioneri

Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarovun gələcəyi qeyri-müəyyəndir.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını bitirib-bitirməməklə bağlı qərar verməyə tərəddüd edir.

Mövsüm bitər-bitməz Regionalliqa təmsilçisi “Offenbax”dan ayrılan veteran oyunçu həmin çempionatın bir neçə iştirakçısının maraq dairəsindədir.

Lakin komandalar Nazarovun yaşının çoxluğuna görə tələsmirlər. Futbolçu özü də karyerasını bitirmək istəmir.

Hələ də yaxşı formada olan Nazarov liqada yüksək səviyyədə oynaya biləcəyini düşünür. Lakin sərfəli təklif gəlməyəcəyi təqdirdə karyerasını bitirməli olacaq.

Millimizin sabiq üzvü karyerasını yalnız Almaniyada davam etdirməyi planlaşdırır. Onun ölkə xaricinə yollanmaq fikri yoxdur.

Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu