Meydana girdi, Ronaldoya çətin anlar yaşatdı - Xoşagəlməz hadisənin VİDEOsu

6 İyun 10:20 Hadisə 239
Meydana girdi, Ronaldoya çətin anlar yaşatdı - Xoşagəlməz hadisənin VİDEOsu

UEFA Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən Almaniya - Portuqaliya matçından əvvəl xoşagəlməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, futbolçular isinmə hərəkətləri edərkən azarkeşlərdən biri meydana daxil olub.

O, əlində telefonla Kriştianu Ronaldo ilə selfi çəkməyə çalışıb. Lakin portuqaliyalı ulduz futbolçu kənara çəkilərək bu hərəkətə etiraz edib.

Gənc azarkeş forvardı bu dəfə arxadan tutmağa çalışıb. Daha sonra mühafizəçilər azarkeşi meydançadan uzaqlaşdırıblar.

Görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi