Azərbaycan komandası 2 pillə gerilədi - Dünya reytinqində

04:30 Basketbol 1 124
Azərbaycan komandası 2 pillə gerilədi - Dünya reytinqində

Qadın seriyasının Bakı mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

Yığmamız dünyada 30-cudur. Komandanın hesabında 83,991 xal var.

20,430 xal itirən millimiz ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

Cədvələ Niderland millisi başçılıq edir – 533,533 xal.

Digər Xəbərlər
Xəbər Lenti