Azərbaycanda sezonu qurtardılar, 10 qol vuran əcnəbi ilə müqaviləni uzatdılar

6 İyun 23:00 Sabah 767
Azərbaycanda sezonu qurtardılar, 10 qol vuran əcnəbi ilə müqaviləni uzatdılar

Avropa Liqasında çıxış edəcək “Sabah” əsas heyəti qorumaqda maraqlıdır.

Bununla bağlı müəyyən işlər görülür və mühüm qərarlar qəbul olunmaqdadır.

Komandanın əsas simalarından olan Coy-Lens Mikels daha 1 il “tələbələr”in sıralarında olacaq.

Bununla bağlı hücumçunun özü Sportinfo.az-a açıqlamasında bildirib.

Almaniyalı legioner ötən ilin yayında klubla “1+1” şərti ilə müqavilə bağlamışdı. Razılığa əsasən, şərtlər və nəticələr tərəfləri qane edəcəyi halda, “+1” bəndi qüvvəyə minəcək.

Artıq razılıq əldə olunub. Mikels karyerasını “Sabah”da davam etdirəcək.

31 yaşlı futbolçu başa çatan mövsümdə “Sabah”ın heyətində meydana çıxdığı 30 matçda 10 qol və 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti