3000 manatlıq fikir ayrılığı yarandı, yetirməsi olduğu komandaya dönmədi

6 İyun 09:40 Qəbələ 1 837
3000 manatlıq fikir ayrılığı yarandı, yetirməsi olduğu komandaya dönmədi

“Sumqayıt” ilə yollarını ayıran Rövlan Muradovun “Qəbələ“yə dönüşü baş tutmayıb.

Birillik fasilədən sonra Premyer Liqaya qayıdan klub yetirməsini geri qaytara bilməyib.

Sırf maliyyə ilə bağlı şərtlərə görə.

Belə ki, “qırmızı-qaralar“ 27 yaşlı yarımmüdafiəçiyə 7000 manat məvacib təklif edib. O isə bundan 3000 manat artıq əməkhaqqı istədiyindən, danışıqlar baş tutmayıb.

Muradov mətbuata açıqlamasında bildirib ki, əsas hədəfi və istəyi ölkə xaricində çıxış etməkdir:

“Sumqayıt”la müqaviləm bitdi. Yeni müqavilə təklifi olunsa da, razılıq əldə edə bilmədik.

Hazırda yerli və xarici klublardan təkliflərim var. Əsas istəyim ölkə xaricində çıxış etməkdir. Yaxın zamanda yeni klubum bilinəcək”.

Rövlan 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edirdi. Bu müddət ərzində 69 matça çıxıb, 6 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” portalının hesablamasına əsasən, onun dəyəri 750 min avrodur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!