Müqavilənin müddəti bitdi, vəzifəli şəxslə klubun yolları ayrıldı

7 İyun 2025 11:40 Sabah 1 855
Müqavilənin müddəti bitdi, vəzifəli şəxslə klubun yolları ayrıldı

«Sabah»da gözlənilməz ayrılıq gerçəkləşib.

Bir neçə ildir klubda çalışan Rövşən Babayev seleksiya qrupunun rəhbəri vəzifəsindən gedib.

Tərəflər müqaviləni uzatmamaq barədə yekun qərar verib.

2017-ci ildən burada fəaliyyət göstərən təcrübəli mütəxəssis indiyədək bir neçə görəv daşıyıb.

Elşad Əhmədov və Visente Qomesin əsas komandanın sükanı arxasında dayandığı müddətdə onların köməkçisi olub. Həmçinin əvəzedici heyəti və 19 yaşlıları çalışdırıb, ortaya yaxşı iş qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?