
“Kadi Borges önəmli fiqurdur, ancaq özünü rahat hiss etdiyi mövqedə oynamalıdır.
Sürətli keçidlərlə cərimə meydançasına daxil ola bilən profildir.
Ancaq “Qarabağ” onun istədiyi formada oynamır. Zubir, Benzia və Junininyo ilə Kadi modelindən çıxmışdı.
Kompakt müdafiə olunan, müdafiə ilə yarımmüdafiə arasında məsafəni uzun saxlamayan kollektivlərə qarşı çətinlik çəkilir.
Bu fonda Zubir və Leandro Andredə daha çox mərkəzə istiqamətlənərək cinah müdafiəçilərin hücuma qoşulmasına imkan yaradılır.
Ancaq itirilən toplardan sonra cinah müdafiəçilərin mövqe sığortalarına dayaq yarımmüdafiəçilər düşdükləri üçün bəzi anlarda mərkəz müdafiəçilər çətinlik çəkirlər”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Qarabağ”da Kadinin gəlişindən sonra oyun planındadkı mövcud və potensial dəyişikliklərdən danışıblar.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN