“O, yerini tapıb, inkişaf edib, özünü göstərə bilər” - “Qarabağ”lını təriflədi

6 İyun 23:20 Qarabağ 219
“O, yerini tapıb, inkişaf edib, özünü göstərə bilər” - “Qarabağ”lını təriflədi

“Mateuş yaxşı, zəhmətkeş futbolçudur. Onunla heç vaxt problemimiz olmayıb".

Sportinfo.az xəbər verir ki, bu sözləri Polşa mətbuatına müsahibəsində "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin "Radomyak" klubunda məşqçisi olmuş Marius Levandovski deyib.

Koxalskinin Polşa millisinə dəvət almasını dəyərləndirən Marius Levandovski deyib:

"O, texniki cəhətdən yaxşı hazırlıqlı qapıçıdır. Bu, bizim qapıçılar üzrə məşqçimizin də sayəsində mümkün olub.

Zaman sürətlə keçir. Biz müəyyən dövrdə bir yerdə çalışmışıq. İndi isə o, öz yerini tapıb, inkişaf edib və özünü göstərə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi