"Qurban Qurbanov komandanı finala lazımı səviyyədə hazırlamamışdı" - VİDEO

11:20 Qarabağ 1 017
"Qurban Qurbanov komandanı finala lazımı səviyyədə hazırlamamışdı" - VİDEO

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «köhlən atlar»ın ölkə kubokunun finalında «Sabah»a 2:3 hesablı məğlubiyyətini dəyərləndirib.

Bildirib ki, bu, onun son vaxtlar izlədiyi ən bərbad «Qarabağ» idi:

«Bunun səbəbləri müxtəlif ola bilər. Aydın məsələdir ki, «Qarabağ» rəhbərliyi «Sabah» qədər mükafat verəsi deyildi.

Futbolçular da özlərini rəqib qədər oyuna motivasiya edə bilməmişdilər. Çünki onların muzeyində saysız-hesabsız titul və kuboklar var.

Əminliklə deyə bilərik ki, Qurban Qurbanov komandanı finala lazımı səviyyədə hazırlamamışdı.

Sanki çox rahat və laqeydcəsinə çıxmışdılar meydana. Məsuliyyət hiss etmirdilər. Elə bil, məşqdə idilər».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti