Qazaxıstanı məğlub etdik

7 İyun 2025 02:20 Milli komanda 1 952
Qazaxıstanı məğlub etdik

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-17 komandamız Qazaxıstanın müvafiq yaş qrupu ilə qarşılaşıb.

Oyun futbolçularımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti