“Qarabağ”la danışıqlar aparıram, hələ ki, heç nə deyə bilmirəm”

01:10 Qarabağ 3 378
“Qarabağ”la danışıqlar aparıram, hələ ki, heç nə deyə bilmirəm”

“Məqsədim optimal fiziki formaya düşmək və potensialımı üzə çıxarmaqdır, çünki imkanlarım hələ tam açılmayıb.

Mən daha çox şey göstərə bilərəm”.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə deyib.

25 yaşlı hücumçu gələcək hədəflərindən danışıb: “Əsas məqsədim özümü sübut etmək və bacardığım qədər yaxşı çıxış etməkdir".

“Zirə”də icarə əsasında çıxış etmiş Əhmədzadə yeni müqavilə bağlamamasının səbəbini belə izah edib:

“İcarə müddətimi hər il artırırdım. Bu dəfə isə razılığa gələ bilmədik.

“Qarabağ”la daha bir illik müqaviləm var. İcarə müddətini artırsaydım, “köhlən atlar”la müqaviləm bitən zamana düşəcəkdi.

Bunu isə doğru hesab etmirəm. Müqavilədə bir il qalırsa, ya məxsus olduğun komandaya dönməlisən, ya da birdəfəlik satışla razılıq əldə etməlisən. Ona görə də “Zirə”dən ayrıldım”.

Yığmanın üzvü Ağdam təmsilçisi ilə yola davam edib-etməyəcəyini dəqiqləşdirmədiyini vurğulayıb:

“Danışıqlar aparıram. Hələ ki, heç nə deyə bilmirəm, necə olacağı özümə də bəlli deyil. Sadəcə, düşünürəm".

Ukrayna əsilli Rüstəm Əhmədzadə 2022-ci ilin yanvarında “Minay”dan “Qarabağ”a transfer olub. O, həmin ilin yayından icarə əsasında “Zirə”də forma geyir.

Digər Xəbərlər
Xəbər Lenti