Seçmə mərhələdə 6 oyun keçiriləcək - DÇ-2026-də bu gün

6 İyun 18:20 Dünya çempionatı 278
Seçmə mərhələdə 6 oyun keçiriləcək - DÇ-2026-də bu gün

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 6 matç keçiriləcək.

I qrupunda yer alan İtaliya seçmə mərhələdə ilk oyununda qrup lideri Norveçlə qarşılaşacaq. J qrupunda isə Belçika ilk sınağına çıxacaq.

Komanda qrup lideri Şimali Makedoniya ilə üz-üzə gələcək. Xorvatiya isə seçmə mərhələdəki ilk oyununu L qrupunun autsayderi Cəbəllütariqə qarşı keçirəcək.

D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq Azərbaycan millisi seçmə mərhələ oyunlarına sentyabrda start verəcək.

6 iyun

DÇ-2026: Seçmə mərhələ, Avropa zonası

I qrupu

22.45. Norveç – İtaliya

22.45. Estoniya – İsrail

Xal durumu: Norveç – 6, Estoniya – 3, İsrail – 3, İtaliya – 0 (0 oyun), Moldova – 0.

J qrupu

22.45. Uels – Lixtenşteyn

22.45. Şimali Makedoniya – Belçika

Xal durumu: Şimali Makedoniya – 4, Uels – 4, Qazaxıstan – 3, Belçika – 0 (0 oyun), Lixtenşteyn – 0.

L qrupu

22.45. Çexiya – Monteneqro

22.45. Cəbəllütariq – Xorvatiya

Xal durumu: Çexiya – 6, Monteneqro – 6, Xorvatiya – 0 (0 oyun), Farer adaları – 0, Cəbəllütariq – 0.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi