Premyer Liqaya qayıtmaq istəyir - “Yuventus”un yarımmüdafiəçisi

6 İyun 12:20 İtaliya 509
Premyer Liqaya qayıtmaq istəyir - “Yuventus”un yarımmüdafiəçisi

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərə Premyer Liqasına qayıtmaqda maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu İtaliya klubunda çətin mövsüm keçirib və zədələr, məhdud oyun vaxtı səbəbindən bütün potensialını göstərə bilməyib.

Luis 2017-2019-cu illərdə “Mançester Siti”də çıxış edərkən iki mövsümü “Jirona”da icarə əsasında keçirib. Futbolçu həmçinin, 2019-2024-cü illərdə “Aston Villa”da çıxış edib.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm 26 matçda çıxış edib və qol vurmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!