“Elə işləməliyik ki, o, millidə də ən yaxşı futbolunu göstərsin”

6 İyun 2025 15:40 Dünya futbolu 748
“Elə işləməliyik ki, o, millidə də ən yaxşı futbolunu göstərsin”

Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti “Real”da birlikdə çalışdığı Vinisius Juniorla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Vinisiusun milli komandada da klub səviyyəsindəki oyununu göstərəcəyinə ümid etdiyini bildirib:

“Bilmirəm, o, indiyədək yığmada ən yaxşı futbolunu göstərib, ya yox. Amma onun vaxtı var ki, “Real”da etdiklərini burada da nümayiş etdirsin.

Bizim üçün o, əsas oyunçudur. Elə işləməliyik ki, o, burada da ən yaxşı futbolunu göstərsin”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM