Kuboku “Qarabağ”dan “oğurladılar”, cuşa gəldi: “Hər şeydən həzz alacağıq”

6 İyun 16:20 Sabah 272
Kuboku “Qarabağ”dan “oğurladılar”, cuşa gəldi: “Hər şeydən həzz alacağıq”

"Sabah"ın braziliyalı müdafiəçisi İqor Noqeyra Azərbaycan kubokunun finalında “Qarabağ” üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, “Esporte Fantastico” portalına açıqlamasında “bayquşlar”ın ilk kubokunu qazanması ilə bağlı təəssüratlarını bölüşüb:

"Bu nailiyyətlə bağlı hisslərimi ifadə etməyə cümlələr yetməz. "Sabah"dan dəvət gələndə, klubun ambisiyaları və orada hər gün çalışan insanların hədəfləri barədə məlumatlı idim.

Qazandığımız titul bütün bunların kulminasiya nöqtəsidir. Bu məqama çatmaq üçün çox çalışdıq.

Bilirdik ki, dəfələrlə ölkə çempionluğunu qazanan "Qarabağ"a qarşı çox çətin olacaq. Amma eyni zamanda məqsədimizə nail ola biləcəyimizdən əmin idik.

"Sabah" yeni klubdur, cəmi 8 yaşı var və bu tarixi anın bir parçası olmaq inanılmazdır. Adlarımızı klubun tarixinə yazdırdıq.

Biz ilk dəfə Avropa Liqasında oynayacağıq və hər şeydən həzz alacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi