“Qarabağ”dan bir belə pul tələb edir - ŞOK OLACAQSIZ!

6 İyun 13:00 Qarabağ 6 153
“Qarabağ”dan bir belə pul tələb edir - ŞOK OLACAQSIZ!

Yassin Benzianın “Qarabağ”dan tələbi məlum olub.

2023-c ilin yanvarından burada oynayan əlcəzairli legioner əvvəlki mövsümlərlə müqayisədə qazancının iki dəfədən çox artırılmasını istəyib.

Bunadək illik qazancı 350 min dollar olan yarımmüdafiəçi bundan sonra üçün 850 min dollardan artıq gəlir əldə etmək fikrinə düşüb.

Ağdam klubu ona ödədiyi məbləği böyütməyə razılıq verib. Amma bir o qədər yox. «Köhlən atlar» maksimum 600 min dollar verməyə hazırdır.

Ərəb orta sahə oyunçusu bu rəqəmi yaxına buraxmır. Odur ki, Azərbaycanı birdəfəlik tərk etmək ehtimalı çox yüksəkdir.

Benzia Səudiyyə Ərəbistanı və Qətərdan təkliflərinin olduğunu deyib. 30 yaşlı afrikalı indi yalnız çoxlu qazanc əldə etmək barədə düşündüyünü klub funksionerləri ilə söhbətində dilə gətirib.

O, "Qarabağ"da 104 oyun keçirib, 28 qol vurub, 25 qolun ötürməsini edib. Ölkəmizdəki çıxışı onu illər sonra yenidən Əlcəzair millisinə qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi