
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında ilk matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma I tura ev sahibliyi edən İsveçlə qarşılaşıb.
Qarşılaşmada rəqib aşkar favorit hesab olunurdu. Bu oyunda da öz əksini tapıb.
Voleybolçularımız isveçlilərə yalnız ikinci setdə müqavimət göstərə biliblər. Digər iki setdə isə İsveç komandası müvafiq olaraq, 12 və 11 xallıq fərqlə üstün olub.
Günün digər görüşündə İslandiya Lüksemburqu sınağa çəkəcək. Yığmamız isə ikinci oyununu sabah Gürcüstana qarşı keçirəcək.
Azərbaycan – İsveç - 0:3 (13:25, 20:25, 14:25)
Hakimlər: Ellen Mari Burhem (Norveç), Morten Kleyn (Danimarka)
Umeo, “Energi Arena Vatten”