
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasındakı yoldaşlıq görüşünü idarə edib.
Sportinfo.az xəbər verir ki, Moskvadakı "Lujniki" stadionunda baş tutmuş matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Rusiya millisi 27-ci dəqiqədə Semi Acayinin avtoqolu ilə önə keçsə də, 71-ci dəqiqədə Toluvalase Arokodare tarazlığı təmin edib.
Nigeriya yığmasının bərabərlik qolunua PSJ-nin heyətində Çempionlar Liqasını qazanmış rusiyalı qapıçı Matvey Safonovun kobud səhvindən sonra vurub.
Beləliklə, qonşu ölkə yığması 2023-cü ildən sonra ilk dəfə qapısından top buraxıb. "Quru seriya" 845 dəqiqə davam edib.
Ağayev meydan sahiblərinin 3, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib.
Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub.