
Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov Bakıda keçiriləcək turnirlə bağlı gözləntilərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançı bununla bağlı "MMA Junkie" nəşrinə açıqlama verib.
O, Azərbaycana qayıdacağı üçün xoşbəxt olduğunu dilə gətirib:
"Ailəmin tarixçəsi məhz buradan başlayır. Bu döyüş mənim və xalqım üçün vacibdir.
Başqa planetdə olsam da, Azərbaycana döyüşməyə gələrdim. Nə olursa-olsun, Bakıda döyüşəcəkdim".
Sadıxov Nikolas Motta ilə döyüşün maraqlı keçəcəyinə inandığını söyləyib:
"Mənim üstünlüyüm var, amma ortaq cəhətlərimiz çoxdur. Onun ən yaxşı versiyasına hazırlaşıram.
Düşünürəm ki, hər ikimiz nə vaxtsa döyüşəcəyimizi bilirdik".
Nazim Sadıxov Bakıda anadan olub, lakin ABŞ-ın Nyu-York şəhərində böyüyüb. O, iyunun 21-də təşkil olunacaq UFC turnirində Nikolas Motta ilə döyüşəcək.