Xanım funksioner təyinat aldı - “Köhnə dünya”dan

7 İyun 05:00 Voleybol 805
Xanım funksioner təyinat aldı - “Köhnə dünya”dan

Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova kişi voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqası oyunlarına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qurum rəsmisi 6-8 iyun tarixlərində Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Burada ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti