Santuş Mahmudovdan aldığı kapitanlığı geri qaytardı

6 İyun 19:40 Milli komanda 217
Santuş Mahmudovdan aldığı kapitanlığı geri qaytardı

Azərbaycan millisinin əsas kapitanı Emin Mahmudov olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fernandu Santuş məlumat verib.

O bildirib ki, ilk “11-lik”də meydana çıxacağı halda komandanın kapitanı da, rəsmi penalti vuranı da Emin Mahmudov olacaq.

Fernandu Santuş Azərbaycan millisinə baş məşqçi təyin olunandan sonra kapitanlığı Emin Mahmudovdan almışdı.

Santuş həmin vaxt “Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür”, - şərhini vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi