"Mən artıq bununla məşğul olmaq məcburiyyətində deyiləm"

7 İyun 2025 00:10 İngiltərə 603
"Mən artıq bununla məşğul olmaq məcburiyyətində deyiləm"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Karlo Ançelottinin “Real Madrid”dən ayrılaraq Braziliya millisinə getməsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu təyinatla bağlı zarafat edib:

“Mən onun “Real”da qalmadığına görə çox xoşbəxtəm. Çünki Ançelotti məni hər zaman məğlub edirdi. Mən artıq bununla məşğul olmaq məcburiyyətində deyiləm”.

Ançelotti Braziliya millisi ilə 1 illik müqavilə imzalayıb. Madrid klubuna isə Xabi Alonso baş məşqçi təyin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti