Azərbaycan 30-cu pillədə qərarlaşdı - "Qarabağ" və "Neftçi" isə...

09:00 Araşdırma 344
Azərbaycan 30-cu pillədə qərarlaşdı - "Qarabağ" və  "Neftçi" isə...

UEFA 2024/2025 mövsümü yekunlaşdıqdan sonra yenilənmiş klub reytinqini təqdim edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan 55 ölkə arasında 30-cu pillədə qərarlaşıb. Ölkənin 19.625 xalı var.

Klub reytinqində isə "Qarabağ" 32.000 xalla 69-cu yerdədir. "Neftçi" 8.000 xalla 187-ci, "Zirə" və "Sabah" hərəyə 4.000 xalla 318-319-cu yerləri bölüşür.

Eyni xala malik "Sumqayıt" 323-cü, 3.000 xalı olan "Qəbələ" 337-ci, "Şamaxı" 338-cidir.

Ümumilikdə 427 klubun yer aldığı siyahıya 143.500 xalla İspaniya "Real Madrid"i başçılıq edir.

Çempionlar Liqasının son qalibi Fransa PSJ-si 109.000 xalla 7-ci, finalda 0:5 hesabı ilə uduzan İtaliya "İnter"i 116.250 xalla 6-cı pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti