ÇL-in finalını izləyə-izləyə bir gözü “Qarabağ”la “Sabah”da qaldı - FOTO

09:20 Hadisə 1 457
ÇL-in finalını izləyə-izləyə bir gözü “Qarabağ”la “Sabah”da qaldı - FOTO

Sportinfo.az xəbər verir ki, hazırda Çində "Şanxay Şenxua"ya rəhbərlik edən Leonid Slutski "Qarabağ" və "Sabah" arasında keçirilmiş Azərbaycan Kubokunun final matçını izləyib.

rusiyalı mütəxəssis mayın 31-də Çempionlar Liqasında FSJ və "İnter"in üz-üzə gəldiyi həlledici qarşılaşmaya baxmaq üçün Almaniyan Münhen şəhərindəki "Allianz Arena"ya daxil olarkən də gözünü telefondan çəkməyib.

"Hazırda mən "Qarabağ" - "Sabah" oyununa baxıram. 117-ci dəqiqədir, hesab 2:2-dir.

Çox güman ki, hər şey penaltiyə doğru gedir. "Sabah"da Vasili Berezutski çalışır. Ona görə çox həyəcanlıyam. Barmaqlarımı ondan ötrü telefona sıxmışam", - deyə o bildirib.

Vasili Berezutski "Sabah"ın baş məşqçisi olanadək Leonid Slutskinin köməkçisi kimi çalışıb. Azərbaycan Kubokunun finalında "Sabah" əlavə vaxtın sonunda - 120-ci dəqiqədə Tellur Mütəllimovun vurduğu qolla 3:2 hesablı qələbə qazanıb.

Bu, "Sabah"ın və baş məşqçi kimi Berezutskinin ilk titulu olub.

Çempionlar Liqasının finalında da 5 qol vurulub. PSJ "İnter"ə böyük hesabla qalib gəlib - 5:0.

View this post on Instagram

A post shared by Abrek Football | Кавказский футбол (@abrek_football)

Digər Xəbərlər
Xəbər Lenti