“Qarabağ” və “Neftçi”nin legionerlərinin əhvalını korladı - Çexlər

7 İyun 2025 02:30 Hadisə 4 811
“Qarabağ” və “Neftçi”nin legionerlərinin əhvalını korladı - Çexlər

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç, eləcə də “Neftçi”dən Ervin Kuçun çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda səfərdə Çexiya ilə qarşılaşıb.

Matç çexlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Həm Yankoviç, həm Veşoviç, həm də Kuç meydana start heyətdə çıxıb. Yankoviç sona qədər oynayıb.

Kuç 62-ci dəqiqədə Stefan Lonkarla, Veşoviç isə 84-cü dəqiqədə Marko Vukçeviçlə əvəzlənib. “Qarabağ”ın müdafiəçisi 45+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Seçmə mərhələdə ilk məğlubiyyətini alan Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 5-də öz meydanında Çexiyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi