Qapıçısı ilə yeni müqavilə şərtlərini razılaşdırdı - “Barselona”

6 İyun 18:40 İspaniya 140
Qapıçısı ilə yeni müqavilə şərtlərini razılaşdırdı - “Barselona”

“Barselona” qapıçısı Voyçex Şesnı ilə yeni müqavilə şərtlərini razılaşdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiper Kataloniya klubu ilə sözləşməsini 2027-ci ilin yayına qədər uzadacaq.

Hazırda yalnız müqavilənin rəsmiləşdirmə mərhələsi qalıb.

“Barselona” “Espanyol”un 24 yaşlı qapıçısı Xuan Qarsiyanı heyətinə qatmağı planlaşdırsa da, rəhbərlik Şesnıya güvənməyə davam etdiyini açıq şəkildə bildirib.

Polşalı futbolçu karyerasını bitirməsinə baxmayaraq, “Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegenin zədələnməsindən sonra kataloniyalılarla müqavilə bağlayaraq futbola geri dönmüşdü.

O, La Liqanın son mövsümündə 15 oyunda iştirak edib və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi