Daha bir futbolçu avrokubok iştirakçısını tərk edir – “Yeni fəsil gəlir”

6 İyun 2025 19:20 Sabah 1 925
Daha bir futbolçu avrokubok iştirakçısını tərk edir – “Yeni fəsil gəlir”

Daha bir futbolçunun “Sabah”ı tərk etməsi gündəmə gəlib.

Azərbaycan kubokunu qazanan klub Anatoli Nuriyevlə yeni müqavilə imzalamayacaq.

Bu barədə futbolçunun xanımı Yevgeniya Nuriyeva “instagram” hesabında etdiyi paylaşımlar və yazdığı sözlərlə məlumat verib.

O, iki gün əvvəl izləyicilərinə yaşadıqları mənzilin boşaldılması və səfər çemodanları ilə bağlı video təqdim edərək “yeni fəsil gəlir” sözlərini yazıb.

Nuriyevin karyerasını Azərbaycanda, yoxsa başqa ölkədə davam etdirəcəyi barədə dəqiq məlumat yoxdur.

29 yaşlı futbolçunun “Sabah”la 2022-ci ildə bağladığı 3 illik müqavilə başa çatıb.

O, bu müddətdə meydana çıxdığı 105 görüşdə 12 qola və 18 məhsuldar ötürməyə imzasını yazdırıb.

Yeri gəlmişkən, Neqoş Kupusoviç və Namiq Ələsgərovun da növbəti mövsümdə “tələbələr”in sıralarında olmayacağı böyük ölçüdə dəqiqləçşib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA