Son 56 ilin ən pis göstəricisinə imza atdılar - Azərbaycan millisinin rəqibi

7 İyun 2025 03:40 Fransa 1 533
Son 56 ilin ən pis göstəricisinə imza atdılar - Azərbaycan millisinin rəqibi

Fransa yığması UEFA Millətlər Liqasının İspaniya ilə yarımfinal matçında qapısından 5 top buraxıb.

Sportinfo.az xəbər verir ki, bununla "xoruzlar"ın passivinə son 56 ilin ən pis göstəricisi yazılıb.

İkiqat dünya və ikiqat Avropa çempionları sonuncu dəfə 1969-cu ildə 5 dəfə mərkəzə dəvət olunub. Həmin vaxt Fransa İngiltərəyə 0:5 hesabı ilə uduzub.

Bu dəfə isə İspaniya millisi minimal fərqlə qalib gəlib - 5:4.

Fransa DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq