Rəhbərlik haradadır? - Premyer Liqa dərdi bitdi, yeni problem üzə çıxdı

3 İyun 2025 17:40 Premyerliqa 1 642
Rəhbərlik haradadır? - Premyer Liqa dərdi bitdi, yeni problem üzə çıxdı

16 illik aradan sonra Premyer Liqaya qayıdan «Karvan»da qeyri-müəyyənlik yaranıb.

Buna səbəb klub rəhbərliyinin mövcud durumu dəyərləndirməyə tələsməməsidir.

İki həftədir planlaşdırılan iclas onların işə barmaqarası yanaşması üzündən hələ də baş tutmayıb.

Odur ki, komandaya ayrılacaq büdcə barədə dəqiqə fikir yoxdur. Hər şey elə bundan asılıdır.

Vəsaitin məbləği məlum olmalıdır ki, ona uyğun fəaliyyət proqramı hazırlansın, transfer siyasəti müəyyənləşdirilsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...