
Lüksemburq millisinin daha bir futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “Sabah”da çıxış edən Vinsent Tillin qardaşı Olivye Till ölkəmizdən təklif alıb.
Məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Ukraynanın LNZ klubundan ayrılmağa hazırlaşır. Futbolçu özü Çerkass təmsilçisindən ayrılmaq niyyətindədir.
LNZ rəhbərliyi də müqaviləsi ilin sonuna qədər olan oyunçusunu buraxmağa hazırdır.
Till artıq özünə yeni klub axtarışına başlayıb. Onun karyerasını davam etdirmək ehtimalı olan ölkələrdən biri də Azərbaycandır. Ancaq komandanın adı barədə məlumat verilməyib.
Vinsent Till LNZ-ə ötən il Türkiyə klubu “Eyüpspor”dan keçib.