«Mən həmişə nikbin olmuşam, «Qarabağ»a inanmışam».
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ölkə kubokunun finalında «Sabah»a 2:3 hesabıyla uduzan «Qarabağ»ın çox zəif təsir bağışladığını bildirib.
Tanınmış teleşərhçi qeyd edib ki, «köhlən atlar»ı ağır avrokuboklar mövsümü gözləyir.
Vaxtilə «Qarabağ»da vəzifə tutmuş sabiq funksionerin dediyinə görə, Qurban Qurbanov təcili islahatlara başlamalıdır, əks halda, komanda qarşısına qoyulan əsas məqsədə – Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmayacaq.
Abbasov mövcud heyətlə Avropa Liqasının Liqa mərhələsinə yüksəlməyin də inandırıcı olmadığını vurğulayıb.
Ekspert iddia edib ki, bu, onun son illərdə gördüyü ən zəif «Qarabağ»dır, ona görə də bədbinlik içindədir.
Verlişin daimi iştirakçısı söyləyib ki, Marko Yankoviç, Kadi Borges və Leandro Andradedən savayı, heç bir futbolçuları ümidləri doğrultmur.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

