”Həqiqətən yaxşı planlarımız var” - Paytaxt klubunu çalışdıran

28 May 2023 00:20 Premyerliqa 643
”Həqiqətən yaxşı planlarımız var” - Paytaxt klubunu çalışdıran

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yay transfer pəncərəsi ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, yaxşı planlarının olduğunu bildirib:

“Əl atdığımız bütün məsələlərdə mükəmməl olmaq üçün çalışırıq. Belə olduğu halda, kluba müsbət təsir göstərə bilərik. Həqiqətən, yaxşı planlarımız var”.

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb.

Onlar ölkə çempionatının 37-ci turunda “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu