COP29

Azərbaycan futbolunda 23000 manatlıq MATÇ - Hələ beləsi olmamışdı

8 İyun 23:00 Premyerliqa 2 811
Azərbaycan futbolunda 23000 manatlıq MATÇ - Hələ beləsi olmamışdı

AFFA İntizam Komitəsi Premyer Liqanın 36-cı turu ilə bağlı qərarlarını açıqlayıb.

Son turun ən dramatik və qalmaqallı matçı "Neftçi" - "Sabah" qarşılaşması olmuşdu.

Qonaqların heyətində sabiq "Neftçi"li Namiq Ələsgərovun vurduğu qoldan sonra bir andaca ara qarışmış, tərəflər hətta əlbəayağa olmuşdular.

Gözlənildiyi kimi, ən çox cəza da məhz bu qarşılaşmaya gəlib.

Söhbət 23000 manatlıq cərimədən gedir.

Bunun 10300 manatı meydan sahiblərinin payına düşür.

Yerdə qalan 12700 manat isə qonaqların hesabına yazılıb.

Bu mövsüm Premyer Liqada bu qədər cərimə ilə yekunlaşan qarşılaşma hələ olmamışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?