COP29

"Sumqayıt" və "Qəbələ" qalib gəldi - YENİLƏNİB

12 May 21:26 Premyerliqa 969
"Sumqayıt" və "Qəbələ" qalib gəldi - YENİLƏNİB

Bu gün Premyer Liqada 34-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Əvvəlcə mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən "Qəbələ" 4-cü yerdəki "Sabah"ı qəbul edib.

Qonaqlar bu oyunda qələbə qazanmaqla 2-ci pilləyə yüksələ bilərdi. Matçın favoriti "Sabah" hesab olunsa da, "Qəbələ" 2:0 hesablı qələbə qazanıb.

Bu, "Qəbələ"nin ardıcıl 2-ci qələbəsi olub. Kaxaber Sxadadzenin komandası ötən tur "Səbail"ə qalib gəlmişdi - 3:2.

Bu oyuna qədər 5-ci yerdə olan "Sumqayıt" isə avrokuboklara vəsiqə qazanmaq şansını itirən "Səbail"lə üz-üzə gəlib.

Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 54-ə çatdıran Samir Abasovun komandası 2-ci pilləyə yüksəlib.

17:00. “Qəbələ” – “Sabah” 2:0

Qollar: Ayyub Allaş 33, Klesiu Bauk, 45+2

Qırmızı vərəqə: David Volkov, 66
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

"Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Tsxadadze.

Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.

19:30. "Sumqayıt” – “Səbail” 2:1

Qollar: Kazemir Nnqa 41 (p), 45 - Aleksandır Ramalinqom, 90+2

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı, "Qarabağ" "Zirə"ni (hər ikisi 1:0) məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"