"Səbail" və "Sabah" qazandı

21 Aprel 20:55 Premyerliqa 772
"Səbail" və "Sabah" qazandı

Bu gün Premyer Liqada 31-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə 9-cu yerdə qərarlaşan "Kəpəz" 5-ci pillədəki "Sabah"ı qəbul edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə 8-ci yerdəki "Araz-Naxçıvan" öz meydanında 7-ci pillədəki "Səbail"lə qarşılaşıb. Bu oyunda da qonaqlar qələbə qazanıb.

"Səbail" rəqibini 2 cavabsız qolla üstələyib. Şahin Diniyevin komandası bu qələbə ilə xallarını 43-ə çatdırıb və 6-cı pilləyə yüksəlib.

16:30. "Kəpəz" – "Sabah" 1:2

Qollar: Olavale Onanuqa, 61 - Kahim Parris, 12, Belfodil, 34

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu

"Kəpəz": 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov

Baş məşqçi: Adil Şükürov

"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh

Baş məşqçi: Krunoslav Renduliç

19:00. "Araz-Naxçıvan" – "Səbail" 0:2

Qollar: Aleksandır Ramalinqom, 33 (p), Yusif Nəbiyev, 76

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Liv Bona Dea Arena”

Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 29. Vanderson Melo, 8. İsmail Azzaui

Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 55. Nir Bardea, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

Xəbər Lenti