"Qəbələ" "Zirə" ilə matça itkilərlə çıxacaq

12 Noyabr 2023 13:30 Premyerliqa 622
"Qəbələ" "Zirə" ilə matça itkilərlə çıxacaq

"Qəbələ" Azərbaycan Premyer Liqasının XIII turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, səfər matçının hazırlığında "Qəbələ"nin üç futbolçusu iştirak etməyib.

Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Omar Hani isə məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmayıb.

"Zirə" - "Qəbələ" matçına 16:30-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!