AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə etdi

7 Avqust 08:30 Premyerliqa 724
AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə etdi

AFFA rəsmiləri, Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəhbərləri və maliyyə menecerlərinin iştirakı ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.

Görüş zamanı 2026/2027 mövsümünə hazırlıq prosesi, eləcə də klublara ayrılan qrant vəsaitlərinin istifadəsi ilə bağlı məsələlər müzakirə olunub.

AFFA nümayəndələri tərəfindən yeni mövsüm üzrə qrant müqaviləsi çərçivəsində uşaq və yeniyetmə futbolunun inkişafı məqsədilə ayrılan maliyyə vəsaitlərinin istifadə qaydaları, xərc istiqamətləri, həmçinin maliyyə hesabatlılığı ilə bağlı tələblər klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Bununla yanaşı, qrant vəsaitlərinin daha səmərəli və məqsədyönlü istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, klub nümayəndələrinin təklif və rəyləri dinlənilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi