Vernidub “Neftçi“də bəzi yeni  qadağalar qoydu - SON DƏQİQƏ

14:00 Neftçi 352
Vernidub “Neftçi“də bəzi yeni  qadağalar qoydu - SON DƏQİQƏ

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

“Ağ-qaralar” “Şahdağ Qusar”la qarşılaşıb.

I Liqa mənsubu ilə görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub bu matçdan əvvəl və sonra bazada bəzi məhdudiyyətlər tətbiq edib. Baş məşqçi qarşılaşmanın klubun rəsmi “yutub“ kanalı üzərindən canlı yayımlanmasına icazə verməyib.

O, yalnız qol epizodlarının çəkilib göstərilməsinə razılaşıb. Ukraynalı çalışdırıcı oyuna azarkeşlərinə buraxılmasına da “olmaz“ deyib.

60 yaşlı sükançı hətta burada çalışan əməkdaşların, akademiyada futbolun sirlərini öyrənən azyaşlı oyunçuların tribunada yer almasına “yox“ söyləyib.

Vernidubun münasibəti hardasa anlaşılandır. Təcrübəli mütəxəssis Premyer Liqada yeni mövsümə hazırlaşan komandanın son durumunun bəlli olmasına ehtyatla yanaşır.

Çünki bakılılar çempionatın ilk turunda “Sumqayıt“a səfər matçına çıxacaq. Görünür, başda “kimyaçılar“ dayanmaqla, o, komandasını bu yolla rəqiblərdən “gizlətməyi“ daha düzgün sayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti