“FİFA-nın prezidenti olmalıdır” dediyi qadın: “Onun bu yeni açıqlamasını şərh etməyəcəm”

00:20 Dünya futbolu 82
“FİFA-nın prezidenti olmalıdır” dediyi qadın: “Onun bu yeni açıqlamasını şərh etməyəcəm”

Norveç Futbol Federasiyasının prezidenti Lise Klavenes, Yozef Blatterin onu FİFA prezidentliyinə namizəd kimi irəli sürməsi ilə bağlı açıqlamasını şərh etməkdən imtina edib.

Bundan əvvəl Blatter FİFA prezidenti postunda qadın namizədin özünü sınamasının vaxtının çatdığını bildirib və Klavenesi Canni İnfantinonun yerinə dünya futbol qurumuna rəhbərlik etməyə namizəd olmağa çağırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Klavenes bu açıqlamanı şərh etməyəcəyini bildirib:

“Blatter mən hələ futbolçu olanda FİFA prezidenti idi. Onun bizim daha qısa şortlarda oynamağımızı istədiyini xatırlayıram.

Həmin vaxt buna münasibət bildirmişdim. Ancaq onun bu yeni açıqlamasını şərh etməyəcəm”.

FİFA-da yeni prezident seçkiləri 2027-ci ilin martında, Mərakeşdə keçiriləcək. Hazırda Canni İnfantino seçkilərdə yeganə namizəddir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!