“Ağlı başında olan futbolçu bu klubu qoyub, həyatını “Qarabağ”a bağlamaz”

10 Avqust 20:00 Qarabağ 1 095
“Ağlı başında olan futbolçu bu klubu qoyub, həyatını “Qarabağ”a bağlamaz”

“Ağlı başında olan istənilən futbolçu “Seltik”i qoyub, həyatını “Qarabağ”a bağlamaz”.

Bu sözlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış jurnalist bu yay Ağdam klubunu tərk edən yerli və əcnəbi futbolçular haqda fikir bildirib. O, “köhlən atlar”ın apardığı islahatları dəstəkləyib:

“Mövsüm bitincə, 9 oyuncu klubla vidalaşdı. Amma daha çox 3 oyunçunun – Kevin Medina, Leandro Andrade və Kamilo Duranın gedişi “Qarabağ”a təsirini göstərdi və göstərməkdədir.

Bu futbolçuların gedişi düzgün idimi? Əlbəttə.

Medina karyerasının son illərini yaşayır, daha artıq qazanmaq istəyir, Lenadro Andrade də onun kimi,

24 yaşlı Duran isə “Seltik” kimi komandaya gedib, Şotlandiyadan da Avropanın top liqalarına yollanmağı hədəfləyib.

“Qarabağ”ın onları satmasında da qeyri-adi, pis heç nə yoxdur. Kommersiya-biznes futbolun tərkib hissəsidir.

“Qarabağ” kimi Avropada onlarla klub var ki, oyunçunu ucuz alıb, baha satmaq onların strategiyasıdır.

Ona görə, “Duran kimi hücumçunu satan kluba bu da azdır” deyib-yazanlar əvvəl özünü Duranın, sonra 12 milyon manatlıq təklif alan “Qarabağ” rəhbərliyinin yerinə qoysun, düşünsün, sonra danışsın.

“Qarabağ”ı oyunçu satmağa görə deyil, onları əvəzləyəcək səviyyədə futbolçu tapa bilməməsinə görə qınamaq olar”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi