Danimarka çempionu “Sabah”dan qorxdu, bu qərarı verdilər

10 Avqust 12:40 Çempionlar Liqası 2 270
Danimarka çempionu “Sabah”dan qorxdu, bu qərarı verdilər

“Sabah”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Orhus”un Danimarka Superliqasında keçirəcəyi oyunun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, komandanın III turda “Midtyullan”la qarşılaşması avrokubok matçı ilə əlaqədar təxirə salınıb.

Görüş sentyabrın 2-də keçiriləcək. Qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlaması nəzərdə tutulub. “Orhus”un rəsmi təqvimində də matçın yeni tarixi sentyabrın 2-si göstərilib.

“Orhus” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM