Cəlal Hüseynovun Rumıniyadakı yeni komandası qalib gəldi

10 Avqust 02:10 Bizimkilər 488
Cəlal Hüseynovun Rumıniyadakı yeni komandası qalib gəldi

Rumıniya çempionatında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" evdə "Otselul"u qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Lundulu vurub

Cəlal Hüseynov 75-ci dəqiqədə meydana çıxıb.

Bu qələbədən sonra "Petrolul" 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti