“Sabah” Çempionlar Liqasının iştirakçısı ilə müqavilə imzaladı

10 Avqust 07:50 Basketbol 1 292
“Sabah” Çempionlar Liqasının iştirakçısı ilə müqavilə imzaladı

“Sabah” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi ABŞ-li basketbolçu Nik Perkinslə 2 illik müqavilə imzalayıb.

203 sm boya malik 31 yaşlı basketbolçu “power forward” və “center” mövqelərində çıxış edir.

Nik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında forma geyinib.

O, İtaliyanın “Happy Casa Brindisi” klubunun heyətində FIBA Çempionlar Liqası və FIBA Europe Cup turnirlərində də iştirak edib.

Perkins fiziki gücü, səbətaltı mübarizəsi və hücum potensialı ilə seçilir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi