UEFA araşdırmaya hazırlaşır - Prezidenti nə gözləyir?

11 Avqust 00:00 Dünya futbolu 328
UEFA araşdırmaya hazırlaşır - Prezidenti nə gözləyir?

UEFA Canni İnfantino ilə bağlı araşdırmaya başlaya bilər.

Sportinfo.az “The Telegraph”a istinadən xəbər verir ki, UEFA FIFA prezidenti Canni İnfantinonun qurumda baş katib vəzifəsində çalışdığı dövrdəki fəaliyyəti ilə bağlı araşdırma aparmağı nəzərdən keçirir.

Buna səbəb İnfantinonun UEFA-da çalışdığı dövrdə onunla münasibətdə olduğu iddia edilən qadına ödəniş edilməsi ilə bağlı ortaya çıxan məlumatlardır.

Nəşrin araşdırmasına görə, həmin qadına UEFA tərəfindən ödəniş edilib.

İnfantino isə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib və onları həqiqətə uyğun olmayan iddialar adlandırıb.

Son günlər İnfantinonun fəaliyyəti UEFA daxilində ciddi narazılıqlara səbəb olub. UEFA onun istefasını tələb edir və FIFA prezidentinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi variantını nəzərdən keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi