Kiyev “Dinamo”sunun formasını geyinmiş vinger “Kəpəz”də - SON DƏQİQƏ

15:00 Kəpəz 380
Kiyev “Dinamo”sunun formasını geyinmiş vinger “Kəpəz”də - SON DƏQİQƏ

Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq “Kəpəz” bu gün növbəti transferini həyata keçirib.

Olabiran Blessinq Muyiva “sarı-göylər”in düşərgəsinə təşrif buyurub.

Gəncə təmsilçisi nigeriyalı vingerlə mövsümün sonuna kimi müqavilə imzalayıb.

27 yaşlı afrikalı vaxtilə ölkəsinin U-23 yığmasının şərəfini qoruyub. «Benito» ləqəbli yarımmüdafiəçi son olaraq Kiprdə « Akritas Xlorakas»un uğurları üçün tər töküb.

O, indiyədək bir neçə ölkədə legioner həyatı yaşayıb.

Moldovada «Saksan», Özbəkistanda «Lokomotiv» (Daşkənd), Belarusda «Luç», Rusiyada «Tambov», Ukraynada «Dinamo» (Kiyev), «Olimpik» (Donetsk), «Zarya» və Xorvatiyada «Qoritsa»nın formasını geyinib.

"Kəpəz" bu yay 6 nəfərlə münasibətlərini rəsmiləşdirib.

Rojerio Santos ("İroni Tiberias", İsrail), Vadim Abdullayev ("Karvan-Yevlax"), Azuma Abubakar (“Lustenau”, Avstriya), Urfan Abbasov ("Araz-Naxçıvan"), Kennet Kalunqa (“Mingəçevir”) və Viktor Stina ("Zimbru", Moldova) artıq yeni baş məşqçi Azər Məmmədovun ixtiyarındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti