Romelu Lukaku “Fənərbaxça”ya keçməyə razılıq verdi

11 Avqust 00:10 Türkiyə 489
Romelu Lukaku “Fənərbaxça”ya keçməyə razılıq verdi

“Napoli”nin hücumçusu Romelu Lukaku “Fənərbaxça”ya keçməyə razılıq verib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı insayder Mateo Moretto yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı hücumçu ilə Türkiyə klubu arasında şəxsi müqavilə şərtləri üzrə tam razılıq əldə olunub. Hazırda “Fənərbaxça” birbaşa “Napoli” ilə danışıqlar aparır.

İstanbul təmsilçisi təcrübəli forvardın transferi üçün artıq 6 milyon avroluq ilk təklifini göndərib. Lakin Neapol klubu Lukakunun satışından təxminən 12 milyon avro əldə etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, belçikalı futbolçunun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi təlim-məşq toplanışına qoşulmadığı və “Napoli”nin onu 10 milyon avro qarşılığında buraxmağa hazır olduğu bildirilirdi.

Keçən mövsüm Lukaku “Napoli”nin heyətində cəmi 5 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”